Paytaxtda əksər Mall-larda endirimlər təklif edilir.
"Kommersant.az" Fins.az-a istinadla məlumat verir ki, endirimlər yalnız ötən mövsümə aid olan geyimlərə deyil eyni zamanda yay mövsümü üçün olan geyimlərə də aid edilib. İstər Gənclik Mall, 28 Mall, Park Bulvar və Metro Parkda məşhur geyim brendlərinə endirimlər edildiyini görmək mümkündür. Gənclik Mall-da məşhur brendlərdən birinin menecerinin verdiyi açıqlamaya görə endirimlər artıq bir aydan çoxur ki, davam edir. Hətta əksər mövsümü geyimlərin satılıb qurtardığı qeyd olundu. Geyimlərin ərəb turistlər tərəfindən alındığı deyilir. Endirimlərə gəlincə isə hətta 70% -dək brend dükanlarda endirimlər görmək olar. 28 Mall-dan aldığımız məlumata görə isə endirimlərə səbəb mövsümdür. Daha dəqiq desək verilən açıqlamaya görə, hər mövsüm arası brend dükanlar satdığı geyimlərə və aksesuarlara endirimlər edirlər ki, hazırda da həmin vaxt olduğundan məşhur brendlər endirimlərə başlayıblar. Qeyd edək ki, endirimlər bu ayın sonuna dək davam edəcək.