USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL: COP29 aviaşirkətin fəaliyyətinə təsir göstərməyəcək

24.09.2024 İqtisadiyyat
0 0
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) fəaliyyətinə təsir göstərməyəcək.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd olunub ki, noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb.

“Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər”, – məlumatda qeyd olunur.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşıb

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0