USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Makron: Biz həmişə Livanın yanında olmuşuq

25.09.2024 İqtisadiyyat
0 0
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası ərəfəsində açıqlama verən Fransa prezidenti Emmanuel Makron ölkəsinin hər zaman Livanın yanında olduğunu bildirib.

ABŞ-a səfər edən Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası ərəfəsində Fransa mətbuatına Livanla bağlı açıqlamalar verib.

Makron “Biz həmişə Livanın tərəfində olmuşuq və bundan sonra da belə olacağıq” deyib.

Livandakı hadisələri müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasında keçiriləcək toplantının çox əhəmiyyətli olduğunu deyən Makron regiondakı vəziyyəti nəzərə alaraq bu görüşü dəstəklədiyini bildirib.

İsrail Livanda 558 nəfəri öldürüb

İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb.