USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Səba" şirkətinin payları satılır

25.09.2024 İqtisadiyyat
0 0
28 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Kommersant.az şirkətin rəsmi mətbuatda dərc edilən məlumatına istinadən xəbər verir ki, "Səba" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. "Səba" ASC-nin Direktorlar Şurası barədə;
2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;
3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;
4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə;
5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə;
6. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;
7. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;
8. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;
9. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;
10. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Qeyd edək ki, "Chicken Pro." MMC şirkətinin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur. Dövlət Vergi Xidmətinin 9 iyul 2024-cü il tarixində dərc etdiyi məlumata görə, "Chicken Pro." MMC 27 İyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 189, bina 185 A, BLOK 2 m.11/2-dir (Baku City Residence). Avqust ayında “Chicken Pro.” MMC şirkətinin nizamnamə kapitalı 242 min 496 manat azaldılaraq 32 milyon 103 min 459 müəyyən edildiyi elan edilib.

Hazırda "Səba" şirkətinin aktivlərinə “Chicken Pro.” nəzarət edir.

  • Əvvəlki

    Baş nazirdən Azər Əmiraslanovun yerinə - TƏYİNAT

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi bu gün də ucuzlaşdı
0 0
23.12.2024 İqtisadiyyat
Azərbaycansayağı monopoliya - VİDEO
0 0