USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

100-dən çox şirkət AB AI paktına qoşulur

25.09.2024 İqtisadiyyat
0 0
100-dən çox şirkət süni intellekt üçün dünyada ilk qanunvericilik bazası sayılan Avropa İttifaqının (Aİ) könüllü süni intellekt paktını imzalayıb.

Aİ Komissiyası texnologiyadan aviasiyaya qədər müxtəlif sektorlardan 116 şirkətin Aİ-nin süni intellekt paktına qoşulduğunu açıqlayıb.

Paktda iştirak edən şirkətlər idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürür.

Şirkətləri süni intellekt qanunu ilə tanış etmək

Məlumatların keyfiyyəti, şəffaflıq, insan nəzarəti və hesabatlılıq qaydalarını özündə əks etdirən Aİ süni intellekt qanununun 2026-cı ilin avqustunda qüvvəyə minməsi gözlənilir. Pakt bu prosesdə süni intellekt sahəsində harmoniyanı təmin etməyi hədəfləyir.

Paktı imzalayan şirkətlər arasında Microsoft, Google, Amazon, OpenAI, Hewlett Packard, IBM, Lenovo, Samsung, Qualcomm, Sap və Adobe var.

Meta pakta qoşulmadı

Facebook və Instagram-ın sahibi Metanın paktda iştirak etməməsi diqqət çəkib.

  • Əvvəlki

    Nazir: “Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir”

Digər xəbərlər

25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0