USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

26.09.2024 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Sığorta” ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Bu barədə AMB-nin məlumatında bildirilir.

Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.