Coca-Cola, "Spiced" və "Spiced Zero Sugar" məhsullarının istehsalını satışa çıxarıldıqdan cəmi 7 ay sonra dayandırmaq qərarına gəldiyini açıqladı.
ABŞ-ın içki markası Coca-Cola, "Spiced" və "Spiced Zero Sugar" məhsulları ilə bağlı diqqətəlayiq bir qərar verdi. Şirkət məhsulların istehsalını satışa çıxarıldıqdan 7 ay sonra dayandırmaq qərarına gəlib.
Şirkətdən verilən açıqlamada deyilir:
“Biz davamlı olaraq istehlakçılarımızın zövqlərini nəzərdən keçirir və məhsul çeşidimizi buna uyğun tənzimləyirik”.
Nə üçün çıxarıldığı ilə bağlı heç bir açıqlama verilməyib.
Bu ləzzətlər fevralın 19-da ABŞ və Kanada rəflərinə çıxdı və Coca-Cola-nın üç il ərzində Şimali Amerika portfelinə ilk daimi əlavəsidir. Coca-Cola bu məhsulların niyə çıxarıldığı ilə bağlı qəti açıqlama verməyib, lakin bunun onların sürətlə bazara çıxarılması ilə bağlı ola biləcəyi ehtimal edilir.
Coca-Cola'nın Şimali Amerika üzrə marketinq rəhbəri Şakir Moin fevral ayında verdiyi açıqlamada bu məhsulun cəmi yeddi həftə ərzində hazırlandığını bildirib. Ancaq yeni bir içkinin hazırlanması prosesi adətən bir il çəkir. Bundan əlavə, istehlakçıların bu zövqə gözlənilən marağı göstərməməsi də mümkün səbəb kimi görülür.