USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 972.8 min hektar sahədə taxıl biçini aparılıb

26.07.2018 İqtisadiyyat
0 0
25 iyul 2018-ci il tarixinə olan məlumata əsasən Azərbaycanın rayonlarında 972.8 min hektar sahədə taxıl biçini aparılıb.

Kənd Təsərrfüatı Nazirliyindən "Kommersant"a verilən məlumata görə, bunun 641.7 min hektarı buğda, 331.1 min hektarı arpa sahələridir.
Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.

Arpa biçininin 98.4%-i, buğda biçininin isə 94.7%-i yerinə yetirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 28 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 31 ədəd (Bakı – 13, Bərdə - 5, Beyləqan – 2, Cəbrayıl – 3, Mingəçevir – 1, Şəki – 2, Şirvan – 1, Xaçmaz – 1, Qəbələ - 3) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 17 nəfərə isə (Ağsu – 1, Bakı – 1, Bərdə - 1, Beyləqan – 1, Gəncə - 3, İmişli – 3, Lənkəran – 2, Quba – 4, Şəki – 1) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib.

  • Əvvəlki

    Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0