USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya iqtisadiyyatının artım göstəriciləri açıqlanıb

30.09.2024 İqtisadiyyat
0 0
Böyük Britaniya iqtisadiyyatı ilin ikinci rübündə illik bazda 0,5 faiz artıb.

Britaniya Milli Statistika İdarəsi (ONS) ilin ikinci rübünün artım rəqəmlərini açıqlayıb. Buna görə aprel-iyun dövrü üçün daha əvvəl açıqlanan yüzdə 0,6 böyümə proqnozu yüzdə 0,5 olaraq revize edildi. Bu məlumatlar göstərdi ki, Britaniya iqtisadiyyatı keçən ilki tənəzzüldən sonra düşünüldüyündən daha yavaş bərpa olunur.

İlin ikinci rübündə xidmət sektoru 0,6 faiz artıb. Əvvəlki təxmin 0,8 faiz idi.

Bu dövrdə istehsal sektoru 0,3 faiz, tikinti sektoru isə 0,2 faiz azalıb. Beləliklə, tikinti sektorunda üç rüb ardıcıl olaraq daralma qeydə alınıb.

Bugünkü açıqlamada ONS, 2023-cü il üçün artım məlumatlarını da nəzərdən keçirdi və onu 0,3 faizə qaldırdı. Ötən il ölkə iqtisadiyyatının 0,1 faiz artdığı açıqlanıb.