USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin neft idxalı 5 faizi keçib

30.09.2024 İqtisadiyyat
0 0
Türkiyənin cəmi neft və neft məhsulları idxalı iyul ayında keçən ilin eyni ayına görə yüzdə 5,15 artaraq 4 milyon 335 min 611 tona çatıb.

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) iyul ayı "Neft Bazarı Sektoru Hesabatı"na görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı yüzdə 8,19 artaraq 2 milyon 615 min 90 tona çatıb.

Bu dövrdə dizel növlərinin idxalı 1,33 faiz azalaraq 1 milyon 250 min 26 ton olub.

İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.

Belə ki, cəmi idxal iyul ayında əvvəlki ilin eyni ayına görə yüzdə 5,15 artaraq 4 milyon 335 min 611 tona çatıb.

Ən çox xam neft və neft məhsulları idxalı 1 milyon 582 min 473 ton ilə Rusiyadan, üçüncü yerdə 387 min 115 ton ilə İraq və 214 min 847 ton ilə Qazaxıstandan olub.

Digər tərəfdən, yerli benzin satışı iyul ayında əvvəlki ilin eyni ayına görə yüzdə 8,87 artaraq 461 min 469 tona, dizel satışı isə yüzdə 11,91 azalaraq 2 milyon 338 min 59 tona gerilədi.

Ümumi neft məhsullarının satışı yüzdə 8 azalaraq 2 milyon 967 min 659 ton olaraq qeyd edildi.