USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pauelldən 'faiz dərəcəsi' mesajı

01.10.2024 İqtisadiyyat
0 0
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell, son iclasında 50 baz bəndlik faiz endirimi ilə pul siyasətində yumşaltma prosesinə başladıqlarını açıqladı. Pauel faiz dərəcələrinin sürətli endirilməsinə tələsməyəcəklərini bildirib. FED-in gələcək addımlarının iqtisadi məlumatlara bağlı olacağını vurğulayan Pauell, inflyasiyanın azaldılması ilə əmək bazarının dəstəklənməsi arasında tarazlıq quracaqlarını ifadə edib.

ABŞ Federal Ehtiyat Sistemi (FED) son iclasında faiz dərəcələrini 50 baza bəndi aşağı salaraq pul siyasətinin yumşaldılması prosesinə daxil olub. Ancaq FED sədri Jerome Powell bu addımdan sonra verdiyi açıqlamalarda faizlərdə tələsik azalmaların olmayacağını vurğuladı.

Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) təşkil etdiyi tədbirdəki çıxışında Pauell, FED-in pul siyasətini "daha neytral" nöqtəyə gətirməyi hədəflədiyini, lakin bu prosesdə qəti bir yol xəritəsinin izlənməyəcəyini vurğuladı. Powellin açıqlamalarında iqtisadi məlumatların gələcək pul siyasəti qərarlarına istiqamət verəcəyi mesajı ön plana çıxdı.

Nashvilledə keçirilən tədbirdə çıxış edən Pauell, Fed səlahiyyətlilərinin gələcəkdə məlumatların bütövlüyünə diqqət yetirəcəyini və iqtisadiyyatın inkişafına uyğun olaraq siyasət addımlarını təyin edəcəklərini bildirib. İnflyasiyanın azaldılması ilə əmək bazarının dəstəklənməsi arasındakı incə tarazlığa xüsusi diqqət çəkən Pauell, iqtisadiyyatın gözləntilərə uyğun inkişaf edəcəyi təqdirdə, pul siyasətinin daha neytral xəttə doğru hərəkət edəcəyini ifadə etdi.