USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏƏSMN Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis olunub

27.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis yığıncağı keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Kommersant"a verilən xəbərə görə, yığıncağa sədrlik edən ƏƏSMN-in aparatının rəhbəri Anar Əliyev bildirib ki, nazirliyin aparatının şöbələrinin, nazirlik yanında iki xidmət aparatının və onların tabeçiliyində olan üç təşkilatın 735 nəfər həmkarlar təşkilatı üzvü, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Bakı şəhərindəki bir sıra reabilitasiya müəssisələrinin 1195 həmkarlar ittifaqı üzvü bir həmkarlar təşkilatında birləşmək barədə təklif irəli sürüblər. Hazırkı tədbir da bu təkliflə əlaqədar nazirliyin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis olunması məsələlərinə həsr olunub.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparatının rəhbəri Şaiq Əhmədov qeyd olunan təklifə komitənin münasibətini bildirib və təşkilatın təsis olunmasının məqsədəuyğun olduğunu qeyd edib.
Nazirliyin aparat rəhbərinin müavini Bəxtiyar Əzizov təşkilatın komitəsinin sədri seçilib.

  • Əvvəlki

    “Şahmat” fənni və “Mina təhlükəsinə dair maariflənmə” kursuna aydınlıq gətirilib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0