USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bütün növ icbari sığortaların tam əhatə olunması planlaşdırılır

02.10.2024 İqtisadiyyat
0 0
Azərbaycanda bütün icbari sığorta növləri üzrə 100% əhatənin əldə edilməsi mümkündür.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev İstanbulda keçirilən 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunan 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.

“Biz Azərbaycanda icbari sığorta bazarının sabit inkişafını müşahidə edirik. Bu gün icbari avtomobil sığortası üzrə əhatə etmə səviyyəsi artıq 100%-ə çatıb. Ölkədə beş növ icbari sığorta növü tətbiq edilir və biz Mərkəzi Bank olaraq bu sahədə islahatlar aparmağa davam edirik. Bu islahatlar bütün icbari sığorta növlərinin tam əhatə olunmasına imkan verəcək”, – deyə Z.Əliyev qeyd edib.

O, həmçinin Azərbaycanın maliyyə sistemində sığorta sektorunun əhəmiyyətinin artdığını vurğulayıb: “Son üç ildə sığorta şirkətlərinin aktivlərinin maliyyə sisteminin ümumi aktivlərindəki payı 3,2%-dən 3,8%-ə yüksəlib”.

Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə ölkənin aparıcı sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər.//report