USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qazın qiyməti ucuzlaşıb

03.10.2024 İqtisadiyyat
0 0
Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib.

2 oktyabr tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə noyabr fyuçerslərinin qiyməti 444,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (450,6 dollar) ilə müqayisədə 1,4% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.