Dünya birjalarında Brent markalı neftin qiyməti sabit qalıb.
"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,03 dollar və ya 0,04% bahalaşaraq 69,64 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 74,54 dollarda sabit qalıb.