USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

X platforması Braziliyada yenidən açılır

09.10.2024 İqtisadiyyat
0 0
Braziliya Ali Məhkəməsi, X sosial media platformasının lazımi tələbləri yerinə yetirdikdən sonra yenidən açılacağını açıqladı.

Məhkəmənin internet saytında dərc edilən açıqlamada ABŞ-lı milyarder İlon Maska məxsus X platformasının məhkəmənin bəzi hesabların bağlanması, cərimənin ödənilməsi və ölkəyə qanuni nümayəndə təyin edilməsi kimi tələblərini yerinə yetirdiyi bildirilib.

Buna uyğun olaraq braziliyalı istifadəçilər avqustun 31-də ölkədə bloklanan X platformasından yenidən istifadə edə biləcəklər.

24 saat vaxt verildi

Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində X-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb etdi. Müraciət rədd edildikdən sonra Məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib.

Şirkət Braziliyaya ayrılmış vaxt ərzində qanuni nümayəndə təyin edə bilmədikdən sonra, Braziliya Ali Məhkəməsi avqustun 31-də elan etdi ki, “nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər” X-ə giriş bloklanıb.