USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya hökuməti bu il də iqtisadiyyatda daralma gözləyir

09.10.2024 İqtisadiyyat
0 0
Ölkə iqtisadiyyatı üçün daha əvvəl bu il üçün 0,3 faiz olaraq açıqlanan artım gözləntiləri mənfi 0,2 faizə yeniləndi. Əgər Almaniya bu il yenidən kiçilsə, 2023-cü ildə olduğu kimi G7-də iqtisadiyyatı kiçilən yeganə ölkə olacaq.

Almaniyada hökumət ilin ikinci yarısında iqtisadiyyatda gözlənilən canlanmanın reallaşmaması səbəbindən daha əvvəl bu il üçün 0,3 faiz olaraq açıqlanan rəsmi artım gözləntisini aşağıya doğru yenidən nəzərdən keçirib.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Almaniya hökumətinin dərc etdiyi iqtisadi artım hesabatı ilə əlaqədar paytaxt Berlində mətbuat konfransı təşkil edib.

Daha əvvəl bu il üçün yüzdə 0,3 olaraq açıqlanan rəsmi artım gözləntisinin mənfi 0,2 faizə endirildiyini ifadə edən Habeck, böyümənin 2025-ci ildə yüzdə 1,2, 2026-cı ildə isə yüzdə 1,6-ya yüksəlməsinin gözləndiyini qeyd etdi.

Habeck, Almaniyanın güclü bir ölkə olduğunu əsas gətirərək hökumətin xəyal qırıqlığı yaradan iqtisadi proqnozlarına baxmayaraq nikbinliyini qorumağa çalışdı.

“Çıxış yolumuzu tapacağıq”

İqtisadi şərtlərin hazırda qənaətbəxş olmadığını qeyd edən Robert Habeck, "Ancaq biz özümüzü onlardan xilas edib, çıxış yolumuzu tapacağıq" deyib.