USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ rekordlarını davam etdirir

10.10.2024 İqtisadiyyat
0 0
ABŞ-da bu gün açıqlanacaq inflyasiya məlumatlarına hazırlaşan Wall Street investorları səhmləri bütün zamanların ən yüksək səviyyələrinə çatdırdılar.

Açıqlanacaq məlumatların istehlak qiymətlərinin mülayim qalmağa davam etdiyini göstərəcəyi gözləntilərinin təsiri ilə S&P 500 5800-ə yaxınlaşaraq 2024-cü ildə 44-cü rekordunu qırdı.

S&P 500 günü yüzdə 0,71, Nasdaq Kompozit İndeksi yüzdə 0,60 və Dow Jones Sənaye İndeksi yüzdə 1,03 artımla bağladı.

TradeStation-dan David Russell, "Bugünkü Fed-in protokolları olduqca "ho-hum" idi, bu, həqiqətən, səhmdarlar üçün yaxşı bir şey ola bilər" dedi.