Bu ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6% artaraq 1,9 mln. tona yüksəlib, qaz hasilatı isə 5,29% artaraq 1,66 mlrd. kubmetrə çatıb.
SOCAR-dan verilən məlumata görə, 6 ay ərzində SOCAR üzrə 3,7 mln. ton neft 3,2 mlrd. kubmetr qaz hasil olunub.
2018-ci ilin altı ayı ərzində ölkə üzrə ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kubmetr qaz hasil edilib Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib.