Almaniya hökuməti cari iqtisadi göstəricilərin Almaniya iqtisadiyyatındakı zəifliyin üçüncü rübdə də davam edəcəyinə işarə etdiyini açıqlayıb.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib.
Hesabatda Almaniyada ümumi daxili məhsulun ilin üçüncü rübündə yenidən daralma ehtimalının olduğu ifadə edilərək, "Gələn il artım sürəti tədricən bərpa edilməzdən əvvəl zəif iqtisadi fazın 2024-cü ilin ikinci yarısında davam edəcəyi görünür" deyib.
Hesabatda, gələn il iqtisadiyyatda canlanmanın şəxsi istehlakdakı canlanmadan qaynaqlanacağı və iyul və avqust aylarında ölkədə pərakəndə satışın “əhəmiyyətli dərəcədə” bərpa olunduğu bildirilib.
Hesabatda xarici tələbatın il boyu canlanmasının gözlənildiyi proqnozuna yer verildi və investisiya artımındakı meylin tərsinə çevrilməsi ilə ixracın artacağı ifadə edilib.