Könüllü olaraq ləğv edilən iki şirkət haqqında kommersiya təşkilatlarının açıq dövlət reyestrində heç bir məlumat yoxdur.
"Pozitiv" MMC (vergi ödəyicisi identifikasiya nömrəsi 1401443791) və "İnteraktiv" MMC (1401443661) Bakı şəhəri, S. Rüstəm küçəsi, 9 ünvanında qeydiyyata alınıb.
İyulun 25-də Vergilər Nazirliyinin çap orqanının xüsusi sayında nəşr olunan elanda kreditorlara bildirilir ki, iki ay müddətində yuxarıdakı ünvana iddia təqdim edə bilərlər.