USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın təbii qaz istehlakı qışda arta bilər

15.10.2024 İqtisadiyyat
0 0
Avropanın təbii qaz istehlakının bu il qışın mülayim keçəcəyi təqdirdə keçən illə müqayisədə 8-10 milyard kubmetr, qışın soyuq keçəcəyi təqdirdə isə ən azı 20-25 milyard kubmetr artacağı gözlənilir.

Oksford Enerji Tədqiqatları İnstitutunun dərc etdiyi hesabata görə, sentyabr ayında bir neçə günlük soyuq hava şəraitinin bütün sektorlarda, xüsusilə də yaşayış və ticarət sektorlarında qaz tələbatına təsirinin vacibliyini göstərib.

Hesabatda bu qış üçün qəti hava proqnozu vermək üçün "çox tez" olduğu ifadə edilərək, "Erkən göstəricilər La Nina səbəbiylə Qərbi və Mərkəzi Avropanın keçən illə müqayisədə daha soyuq havalardan təsirlənmə ehtimalının olduğunu göstərir" deyilib.

Hesabatda qeyd olunub ki, qlobal qaz bazarı yenidən sərtləşib və Asiya tələbatı bazarlarda əhəmiyyətli canlanmaya səbəb olub.

Mövcud qiymət artımının ən əhəmiyyətli faktorlarından birinin qlobal LNG bazarının daralması olduğu vurğulanan hesabatda, Asiyanın LNG idxalının yay boyu xüsusilə Çin, Hindistan və Yaponiyadan güclü tələblə artdığı ifadə edilib.

Hesabat qış mövsümünə girərkən soyuq hava şəraitinin Avropanın sıx qaz vəziyyətini pisləşdirə biləcəyinə və kövrəkliyinə diqqət çəkdi.

  • Əvvəlki

    Neftin qiymətinin ucuzlaşması sürətləndi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0