USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2025-ci ilin dövlət büdcəsinin gəlir və xərc proqnozu artırılıb

16.10.2024 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata yüksəldilib.

Kommersant.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat məbləğində təsdiq edilib.