USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada nağdsız ödəniş dərəcəsinin 90 faizi keçəcəyi gözlənilir

17.10.2024 İqtisadiyyat
0 0
Ölkədə nağdsız ödənişləri dəstəkləyəcək “rəqəmsal rubl” layihəsinin gələn ildən etibarən istifadəyə veriləcəyi gözlənilir.

Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova ölkəsində nağdsız ödəniş dərəcəsinin 85 faiz olduğunu və yaxın iki ildə bu nisbətin 90 faizdən yuxarı qalxacağını gözlədiklərini bildirib.

Skoroboqatova Rusiyanın Sirius bölgəsində keçirilən “Finopolis 2024” adlı tədbirdə çıxış edib.

Rusiyada nağdsız ödəniş nisbətinin ilin sonuna qədər 86-87 faiz artacağını proqnozlaşdıran Skoroboqatova, "Nağdsız ödənişlərin payı hazırda yüzdə 85 səviyyəsindədir. Önümüzdəki iki ildə 90 faiz, hətta 92 faizə asanlıqla çatacağımızı düşünürük" deyib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin pərakəndə satış sektorunda nağdsız ödənişlər ötən il 2022-ci illə müqayisədə 5,3 bənd artaraq 83,4 faiz təşkil edib.