USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya aktivlərindən Ukraynaya 35 milyard avro kredit

23.10.2024 İqtisadiyyat
0 0
Strasburqda keçirilən Avropa Parlamenti Baş Assambleyasının sessiyasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya kreditlərin verilməsi təşəbbüsü müzakirə olunub. Parlament Avropa İttifaqının Ukraynaya 35 milyard avro borc verəcəyinə və ödənişlərin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə həyata keçiriləcəyinə razılaşıb.

Avropa Parlamenti Rusiyanın aktivləri ilə Ukraynaya 35 milyard avro kredit verilməsini təsdiqləyib. Yeni qurulan Ukrayna Kredit Əməkdaşlığı Mexanizmi ilə Rusiya Mərkəzi Bankının Aİ-dəki dondurulmuş aktivlərindən gələcək gəlirlər Ukraynaya təqdim ediləcək. Təşəbbüs çərçivəsində Rusiyanın dondurulmuş aktivlərinin gəlir axını Aİ və G7 tərəfdaşlarından Ukraynaya olan kreditlərin ödənilməsinə yönəldiləcək.