USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhali üçün qoşulma haqqı müəyyənləşdi - 160 MANAT

27.07.2018 İqtisadiyyat
0 0
Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği"nin təsdiq edilməsi barədə qərarında əksini tapıb.

Beləliklə, məişət abonentləri gücü 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin 1 fazlı enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmaq üçün 160 manat (ƏDV ilə) qoşulma haqqı ödəyəcək. Bu məbləğ gücü 5 kVt-dan 10 kVt-dək (10 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 160 manat və əlavə olaraq 5 kVt-dan yuxarı hər bir kVt güc üçün 40 manat, gücü 10 kVt-dan 15 kVt-dək (15 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 360 manat və əlavə olaraq 10 kVt-dan yuxarı hər bir kVt güc üçün 60,6 manat, gücü 15 kVt-dan 20 kVt-dək (20 kVt da daxil olmaqla) olan enerji təchizatı şəbəkələri üçün 663 manat və əlavə olaraq 15 kVt-dan yuxarı hər bir kVt güc üçün 94,8 manat olacaq.

APA

  • Əvvəlki

    “ABC News”: ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0