USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyi ilə AQTA arasinda anlaşma memorandumu imzalanıb

27.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

“Kommersant.az” xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacibdir.

İ.Kərimov qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.

Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. AQTA sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətili və təhlükəsiz qida məhsullarının istehsalına köməklik göstərəcəkdir.

Çıxışlardan sonra kənd təsərrüfatı naziri İnam Kərimovla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. İmzalanma mərasimindən sonra İnam Kərimov və Qoşqar Təhməzli media nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərinin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcəklər.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliyinin çevik qiymətləndirilməsi, idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin (aidiyyətı dövlət orqanlarının, sahibkarlıq subyektlərinin və əhalinin) məlumatlandırılması formalarını müəyyən edəcəklər.

  • Əvvəlki

    Trump Türkiyəni hədələdi

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0