Böyük Britaniyanın neft şirkəti British Petroleum (BP), 10,5 milyard dollar qarşılığında ABŞ-da neft və şist qazı biznesini satın aldığını bildirib.
"Kommersant.az" "Marja"ya istinadən xəbər verir ki, BP-dən bildiriblər ki, ABŞ-da birinci sinif neft və şist qazından ibarət portfel Avstraliyanın BHP şirkətindən alınır. Belə ki, BP və BHP 10,5 milyard dollar qarşılığında satınalma müqaviləsi imzalayıblar.
Açıqlamada, müqavilənin BP-nin, ABŞ-da Texasdakı Permian-Delaware hövzəsində yeni bir mövqe qazanmasına və yenə eyni bölgədəki Eagle Ford, Haynesville hövzələri və Louisiana isə ən mühüm mövqeyə yerləşməsinə imkan verəcəyi qeyd olunub.
Satın alınan sahələrin ümumi neft hasilatının hazırda gündəlik 190 min barel səviyyəsində olduğu bildirilib.
Sözügedən investisiya, BP-nin 2010-ci ildəki Meksika Körfəzi sızmasından bu yana ən böyük investisiyasıdır.
Şirkət, sızmadan sonra ortaya çıxan təbii fəlakətin təsirlərinin aradan qaldırılması üçün təmizləmə işləri və təzminatlara təxminən 65 milyard dollarlıq ödənişi davam etdirir.