USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada büdcə kəsiri “qənaət” hesabına maliyyələşdiriləcək

31.10.2024 İqtisadiyyat
0 0
Rusiya Maliyyə Nazirliyi bu il ÜDM-ə nisbətən büdcədə “maksimum” 1,7 faiz kəsir gözləyir. Mərkəzi Bankın məlumatına görə, ötən həftə Rusiyanın qızıl-valyuta ehtiyatları da artıb.

Rusiya maliyyə nazirinin müavini Vladimir Koliçev, ölkəsinin büdcəsinin bu il ÜDM ilə müqayisədə "maksimum" 1,7 faiz kəsir olacağını təxmin etdiklərini söylədi.

Koliçev paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada neft qiymətlərinin büdcədə nəzərdə tutulandan aşağı olduğunu bildirib.

Rusiyanın qeyri-neft və təbii qaz gəlirlərinin gözləniləndən yüksək olduğuna diqqət çəkən Koliçev, büdcə kəsirinin bu səbəbdən gözlənilən səviyyədə olacağını qeyd edib.

Koliçev büdcə kəsirinin neçə faizinin ÜDM ilə müqayisə ediləcəyi ilə bağlı sualı belə cavablandırıb: “Maksimum 1,7 faiz. Xərclərin artırılması federal büdcədə toplanmış rubl qalıqları hesabına maliyyələşdiriləcək”, - deyə o cavab verib.

Rusiyada 2023-cü ildə büdcənin 3,24 trilyon rubl kəsiri olacağı təxmin edilir.

  • Əvvəlki

    Almaniyadan İranın 3 Baş Konsulluğu ilə bağlı yeni qərar

Digər xəbərlər