USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook"da 130 milyardlıq zərər

27.07.2018 İqtisadiyyat
0 0
İlk sırada “Facebook” və “Netflix” şirkətləri var.

"Kommersant.az" xəbər verir ki, rüblük hesabatını açıqlaması ilə "Facebook" şirkətinin hissələri 20% aşağı düşüb. Bununla şirkətin ümumi hesabından 130 milyard dollar, Mark Zuckerbergin şəxsi hesabından isə 17 milyard dollar əksilib. Ümumilikdə "Facebook"un gəlirləri son zamanlar 3/1 səviyyədə azalıb. Hazırda Zuckerbergin dünyanın ən varlı insanlar siyahısındakı adı risk altındadır.

Qeyd edək ki, "Facebook" yaşadığı böhranda tək deyil. Belə ki, Amerikanın ən böyük onlayn kino və serial təşkilatçısı "Netflix" də eyni taleyi yaşayır. Şirkət izləyicilərinin 1,2 milyard olmasını gözlədiyi bir vaxtda cəmi 670 min seyirci qazana bilib. Bununla da təqribən 3-4 milyard dollar zərər edib. Ümumilikdə açıqladığı hesabata görə, "Netflix"in hissələri 15% dəyər, 24 milyard dollar isə mənfəət itirib.

Mütəxəssislər bu vəziyyəti böhran adlandırıb və bu böhranın bir sıra şirkətlərə təsir edəcəyini də istisna etməyib. Böhran səbəbi olaraq isə birbaşa ticari savaşlar göstərilir.

  • Əvvəlki

    Təmirlə əlaqədar 18 marşrutun hərəkəti dəyişdirilib

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0