Təmirlə əlaqədar 18 marşrutun hərəkəti dəyişdirilib

27.07.2018
İqtisadiyyat
0
0
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən "Kommersant.az"a verilən məlumata görə, dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcəklər.
Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.
67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0