USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə illik inflyasiya 48,58 faizə enib

04.11.2024 İqtisadiyyat
0 0
Türkiyədə İstehlakçı Qiymət İndeksi oktyabrda aylıq müqayisədə 2,88 faiz artıb, illik müqayisədə isə 48,58 faizə enib.

Kommersant.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

“Cari ilin oktyabr ayında illik inflyasiya 48.58 faiz təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38 faiz təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88 faiz, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77 faiz artıb. On iki aylıq ortalama isə 62,02 faiz təşkil edib”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb.

  • Əvvəlki

    Bakıdan dünyaya yeni beynəlxalq media kanalı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0