© Azərtac
“Samsung” “Galaxy J” smartfonlarının istehsalını dayandırır

27.07.2018
İqtisadiyyat
0
0
İnsayder məlumatlarına əsasən, Cənubi Koreyanın “Samsung” şirkətinin populyar “Galaxy J” seriyasından olan telefonları satışdan çıxarılacaq.
"Kommersant.az" xəbər verir ki, İstehsalçı qənaətcil "Galaxy C", "Galaxy J" və "Galaxy On" seriyasından olan cihazların istehsalından imtina etməyə hazırlaşır.
Ancaq şirkət qənaətcil cihazların istehsalını davam etdirəcək. İnsayderlər bildirirlər ki, daha əvvəlki istehsal xəttini "Galaxy P" və "Galaxy R" nəsli davam etdirəcək. Beləliklə, "Samsung", sadəcə, rebrendinq edəcək.
Bununla belə, qeyd edilir ki, P seriyasından olan telefonlar Çin bazarı üçün istiqamətlənəcək. R seriyası isə dünya bazarına çıxarılacaq. Bundan başqa, gözlənilir ki, qənaətcil telefonların istehsalı ilə kənar şirkət məşğul olacaq.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0