USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil nəhəngi üç yerə bölünür

27.07.2018 İqtisadiyyat
0 0
Almaniyanın avtomobil nəhəngi "Daimler", son dövrdəki ən böyük institusional təşkilatlanmasını həyata keçirir

"Kommersant" "Marja" ya istinadən xəbər verir ki, "Daimler" şirkətinin 3 müstəqil hüquqi şəxsə bölünməsinə qərar verilib. Minik avtomobili, yük maşını və sürücüsüz maşınların da daxil olduğu mobil texnologiya hissələrini ayıran (müstəqil hüquqi şəxsə çevrilirlər) "Daimler", gələn ildən etibarən "Mercedes-Benz", "Daimler Trucks" və "Daimler Mobility" olaraq fəaliyyət göstərəcəkdir.

Yenidənqurma tamamilə başa çatdıqdan sonra "Mercedes-Benz"in dünya miqyasında 175 min əməkdaşı olacağı gözlənilir. Yük maşını və avtobus üzərində işləyəcək "Daimler Trucks" isə 100 min nəfərlə fəaliyyət göstərəcək. "Daimler Mobility"də isə 13 min şəxsi heyət çalışacaqdır.

Hər üç şirkətin də mərkəzi ofisi Ştuttqart şəhərində qalmaqda davam edəcək və səhmdar cəmiyyəti şəkilində fəaliyyət göstərəcəklər.

Mütəxəssislər, yeni təşkilatlanmanın "Daimler"in son dövrdəki ən böyük təşkilati addımı olduğunu və elektrikli sürücüsüz avtomobil satışına yönələn şirkətin sonrakı illərdə yeni müqavilələr bağlamasının da qarşısını açacağı gözlənilir.