"Kommersant.az" xəbər verir ki, FES rəsmisi Cerom Pauellin verdiyi məlumata görə ABŞ iqtisadiyyatının 2018-ci ilin ikinci rübündə son 4 illə müqayisədə ən böyük iqtisadi artımı qeydə alınıb. Belə ki, ölkə iqtisadiyyatı ikinci rübdə 4,1% artım göstərib.
Qeyd edək ki, proqnozlara əsasən şəxsi istehlak faizinin 3% artacağı ehtimal edilsə də, nəticələr 4%-lik artım göstərib. FES-dən verilən məlumatda bu nəticələrin faiz dərəcələrini artırmağa səbəb ola biləcəyi söylənilib.