USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlanılır

15.11.2024 İqtisadiyyat
0 0
Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

Bu barədə qurumun məlumatında bildirilib.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

  • Əvvəlki

    Azərbaycanın bank sektoru yaşıl və davamlı layihələr üçün 1,2 mlrd. dollar ayırıb

Digər xəbərlər