USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial müdafiə xərcləri artırılacaq - Samir Şərifov

18.11.2024 İqtisadiyyat
0 0
Gələn ilin dövlət büdcəsində xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir.

Kommersant.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb.

“Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6% artıq vəsait ayrılacaq”, - deyə nazir əlavə edib.

  • Əvvəlki

    Dövlət büdcəsində neftin qiyməti 70 dollar həcmində nəzərdə tutulub - Nazir

Digər xəbərlər