Birbaşa aviareyslərin açılması niyə gecikir? - Səfir aydınlıq gətirdi
"Kommersant.az" xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib.
Səfir bildirib ki, aviaşirkətlər birbaşa reyslərin açılması nəticəsində böyük maliyyə itkiləri ilə qarşılaşacaqlarını düşünürlər: "Təbii ki, bu da prosesin uzanmasına gətirib çıxarır".
A.İbrahim vurğulayıb ki. yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənilir: "Hazırda bu səfərlərə hazırlıq işləri aparılır. Azərbaycan-Misir münasibətləri yüksək səviyyədədir. Mənim üzərimə ikitərəfli əlaqələri daha da möhkəmləndirmək kimi məsuliyyət qoyulub".
Səfir deyib ki, hazırda Azərbaycanla Misir arasında ticarət münasibətlərinin genişləndirilməsi üzrə işlər görülür.
Xatırladaq ki, 2016-cı ilin iyununda Misirin "Air Cairo" aviaşirkəti Bakı - Şarm-əş-Şeyx - Bakı birbaşa reysini açaraq Azərbaycandan turist axınının artmasına şərait yaratdı. Lakin sonradan aviaşirkət reysin kifayət qədər dolmamasını əsas gətirərək, bu kurort şəhərindən Bakıya aviareysləri dayandırmaq barədə qərar qəbul etdi.
© Trend