USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobuslar niyə gecikir? - ÖZƏL

30.07.2018 İqtisadiyyat
0 0
Artıq bir neçə ildir ki, axşam saat 9-10 radələrindən sonra paytaxtın bir çox dayanacaqlarında sərnişin avtobusları görmək müşkül məsələyə çevrilib.

Problem xüsusilə son 5 gündür "BakuBus" MMC-nin 5 nömrəli marşrut avtobuslarında müşahidə olunur.

Gündəlik şəkildə istifadə etdiyim marşrutun sərnişinləri axşam saatlarında xidmətdən yararlanmaq üçün təxminən yarım saata yaxın gözləməli olurlar. Pik saatda depoya gedən avtobuslar isə sərnişinlərin əsəblərini tarıma çəkir. 20-dən artıq avtobusun mövcud marşrut xətti ilə fəaliyyət göstərdiyini nəzərə alsaq, problemin yaranma səbəbi sual altında qalır qalır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayevlə əlaqə saxladıq. O, "Kommersant.az"a açıqlamasında bildirdi ki, səhərin pik saatlarında olan intervalla axşam saatlarında olan interval arasındakı fərq təbiidir:

"N.Nərimanov stansiyasının qarşısından 20-ci sahə üzrə və əks istiqamətə hərəkət edən 5 nömrəli avtobuslar hər gün səhər saat 6-dan axşam 20:00-a kimi 4 dəqiqə, saat 8-dən 21:00-adək 8 dəqiqə, saat 9-dan 22:00-a qədər 10 dəqiqə, 10-dan gecə saat 12-yə kimi isə 12 dəqiqəlik intervalla işləməlidirlər. Amma yollardakı tıxaclara görə bu intervallarda gecikmələr olur. Avtobuslar axşam saatlarından intervalların uzadılması ilə əlaqədar depoya qayıdırlar (əlavə avtobuslar xəttdən çıxarılır). Gecikmələr olsa da, xəttə buraxılan avtobusların sayı azaldılmayıb. 5 nömrəli avtobus daşıyıcısı bizə məlumat verib ki, marşrutlar gecə saat 12-yə qədər işləyir. Əks hallar baş veribsə, məsələ köklü şəkildə araşdırılacaq".

Agentliyin rəsmisi vurğuladı ki, dayanma, durma qaydalarını pozan maşınlar yığışdırıldıqdan sonra avtobuslar rahat hərəkət edəcək:

"Dövlət başçısının fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyinə dayanma, durma qaydaları ilə bağlı yeni səlahiyyətlər verilib. Agentlik, xüsusilə Bakının mərkəzi küçələrində xaosun aradan qaldırılması üçün layihələr üzərində işləyir. Şəhərətrafı qəsəbələrdə avtobuslarda intervalda gecikmələr olmur. Ən çox gecikmələr Səbail rayonu ərazisindən keçən marşrut xətlərində olur. Hər şeyi tıxacın üzərinə atmaq da düzgün deyil. Tədbirlərlə bağlı yollarda məhdudiyyətlər olur, xəbərdarlıq edilmədən hansısa yolda qazıntı işləri aparılır. Belə olan halda, avtobus məcbur olaraq marşrut xəttindən çıxmalı olur".

  • Əvvəlki

    Sürücülər bu ərazilərdə diqqətli olsunlar

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0