USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın neft məhsulları istehsalının ümumi dəyəri 2,6% artıb

25.11.2024 İqtisadiyyat
0 0
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4314,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, sürtkü yağları istehsalı 13,3%, ağ neft istehsalı 11,1%, neft bitumu istehsalı 2,7% artıb, avtomobil benzini istehsalı 0,7%, neft koksu istehsalı isə 11,1% azalıb.