USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni məhsul istehsalına başlanılıb

26.11.2024 İqtisadiyyat
0 0
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC tərəfindən yeni məhsul istehsalına başlanılıb.

İZİA-dan bildirilib ki, zavodda ilk dəfə olaraq qəlbli keramik plitələrin (sürüşməyən keramoqranit) istehsalına başlanılıb.

Hazırda yeni məhsulun 3 ölçüdə (60×60 sm, 60×120 sm, 30×60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.

Qeyd edək ki, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC 2023-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. İndiyədək müəssisədə 60 milyon manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşür.

İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.