USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-nın gəlir və xərcləri bu qədər olacaq

27.11.2024 İqtisadiyyat
0 0
Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi keçirilib.

Kommersant.az-ın məlumatına görə, Dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.

Müzakirələrdən sonar sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.