USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Ukraynaya 4,8 milyard dollar köçürdü

27.11.2024 İqtisadiyyat
0 0
Dünya Bankı “Sülh Ukraynada” investisiya layihəsi vasitəsilə Ukraynaya 4,8 milyard dollar köçürüb.

Kommersant.az xəbər verir ki, bu barədə Denis Şmıqal öz Telegram kanalında bildirib.

“Bu məbləğ islahatların həyata keçirilməsində, sosial və təhsil sahələrində, səhiyyədə dövlətimizə dəstək məqsədilə həyata keçirilən ən böyük investisiya layihəsidir”, - deyə Baş nazir bildirib.

Ukrayna Maliyyə Nazirliyi pulu sosial və humanitar xərclərə xərcləməyi planlaşdırdıqlarını qeyd edib.

Şmıqalın sözlərinə görə, CBO başlayandan bəri Dünya Bankı artıq Kiyevə təxminən 50 milyard dollar köçürüb.

Noyabrın 14-də Avropa Komissiyası Ukraynaya Dəstək Avropa Fondundan Kiyev üçün 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını təsdiqləyib.