USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İrandan 'neft' etirafı

28.11.2024 İqtisadiyyat
0 0
Neft ehtiyatlarının həcminə görə dünyada azsaylı ölkələr arasında olan İran hasil etdiyi neftin çox az hissəsini ixrac edə bilir. Müştərilərini bir-bir itirən İran son sanksiyalarla hasil etdiyi nefti bir ölkəyə sata bilər. Bu satış 30 faiz endirimlə həyata keçirilir.

Ödəniş üsulunda da Çinin həlledici olduğunu bildirən Mirzayi, Çinin neft müqabilində elektrik avtobusları verdiyinə və hökumətin bunu qürurla 'sizə elektrik avtobusu gətirdim' deyərək ictimaiyyətə təqdim etdiyinə diqqət çəkdi.

Bu sanksiyalar bizi 19-cu əsrin müstəmləkə tələsinə salıb”. Mirzayi bir məqamda hökumətin bu vəziyyəti qəbul etməkdən başqa çarəsinin olmadığını və mövcud hökumətin iqtisadiyyatı normaldan çox daha bahalı şəkildə idarə etməli olduğunu bildirib.

Neftdən ildə 6 milyard dollar itki

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş sədri Haşmətullah Fəlahətpişe martın 25-də verdiyi açıqlamada İranın Çinə satdığı neftdən ildə təxminən 6 milyard dollar itirdiyini bildirib.

ABŞ-ın İrana qarşı sanksiyaları

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp əvvəlki prezidentliyi dövründə İranın ABŞ dollarına çıxışına, dövlət istiqrazlarını satmasına, qızıl və polad, alüminium və kömür kimi digər qiymətli metal və metallarla ticarətə, sərnişin təyyarələri və ya onların hissələrinin idxalına mane olan sanksiyaları açıqlamışdı.

  • Əvvəlki

    Rusiya Mərkəzi Bankı ilin sonuna qədər valyuta alışını dayandırıb

Digər xəbərlər