USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lənkəranda fəaliyyət göstərən 32 sahibkara 343,2 min manat güzəştli kredit verilib

27.07.2018 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 27-də Lənkəran rayonunun Tütəpeştə kəndində keçirdiyi işgüzar forumda bu iqtisadi rayonda fəaliyyət göstərən 32 sahibkara 343,2 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, quşçuluq, un məmulatları, tikinti materialları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Kommersant.az-a bildiriblər ki, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq, çayçılıq, tingçilik və xalçaçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov fondun fəaliyyəti və güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 490 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 111,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7400-dək yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 343,2 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, un məmulatları, tikinti materialları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3380 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Lənkəranda güzəştli kredit ayrılması nəzərdə tutulan və 100 ha sahədə yaradılmış bağçılıq təsərrüfatına baxış keçirilib.