USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya iqtisadiyyatı ilin 10 ayında 4,1 faiz artıb

28.11.2024 İqtisadiyyat
0 0
Bildirilib ki, Rusiya iqtisadiyyatı ilin 10 ayında ilkin hesablamalara görə 4,1 faiz artıb. Rusiya İqtisadi İnkişaf Nazirliyinin açıqladığı ilkin hesablamalara görə, ölkədə inflyasiya səviyyəsi oktyabrda əvvəlki ayla müqayisədə 0,09 bənd azalaraq 8,54 faizə düşüb.

Oktyabrda Rusiya iqtisadiyyatında artım tempi 3,2 faiz olduğu halda, aparıcı hesablamalara görə, ilin 10 ayında ölkə iqtisadiyyatı 4,1 faiz artıb.

Rusiya iqtisadiyyatı Qərb ölkələrinin hərtərəfli sanksiyaları səbəbindən 2022-ci ildə yüzdə 2,1 azaldığı halda, xüsusilə yüksək enerji qiymətləri və müdafiə sənayesində istehsal gücü artımı sayəsində 2023-cü ildə 3,6 faiz artıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi bu il ölkə iqtisadiyyatının 3,9 faiz artacağını gözləyir.

  • Əvvəlki

    Almaniya bu il İsrailə 131 milyon avro dəyərində silah satıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
Azərbaycanın dövlət borcu açıqlandı
0 0
28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0