USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Komitə sədri: Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur

28.11.2024 İqtisadiyyat
0 0
Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı:

“200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.

O qeyd edib ki, müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü nə müavinət, nə pensiya, nə də sosial yardım növüdür: “Bu, Prezidentin qayğısı nəticəsində təsis edilən təqaüddür”.

  • Əvvəlki

    “OPEC+” nazirlərinin iclası dekabrın 5-nə təxirə salınıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0