USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FHN: Zaqatalada itkin düşmüş şəxsin cəsədi yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək

27.07.2018 İqtisadiyyat
0 0
İyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun cəsədinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi ilə əlaqədar (mürəkkəb relyefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbi ilə) mümkün olmayıb.

FHN-dən Kommersant.az-a bildiriblər ki, cəsədin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb.
Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun cəsədinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda cəsədin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.
İbrahimov Qurban İbrahim oğlunun cəsədi yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.