Bu il Azərbaycan ən çox qızıl alan 5 ölkədən biri olub.
Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatına görə, 2024-cü ilin 9 ayında dünyada ən çox qızıl alan ölkələrin stastistikasına görə ilk 5-likdə Polşa, Türkiyə, Hindistan və Çin də var. Azərbaycan 25,2 ton qızıl alıb.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, qızıl alışının artması ölkə iqtisadiyyatına heç bir şey vəd etmir. Onun sözlərinə görə, bunun iqtisadiyyata təsiri olmayacaq:
“Sadəcə olaraq Dövlət Neft Fondu öz ehtiyatlarını qızıla çevirib saxlayıb. Ümumiyyətlə, Neft Fondunun strategiyasında ehtiyatlarının 10 faizinə qədərinə qızılda saxlamağa icazə var. Son statistikaya əsasən, bunu 16 faizə qədər qaldırıblar. Görünür ki, Neft Fondunun strateqləri hesab edir ki, qızılın qiyməti qalxacaq. Ona görə də ehtiyatların bir hissəsini qızıla çevirirlər. Qızılın indiki dövrdə qiyməti doğrudan da yüksəkdir, yəqin hesab edirlər ki, bundan sonra da qalxacaq. Dünyada müharibələr artır, ona görə də qızıl bu cür vaxtlarda təhlükəsiz rezerv hesab olunur”.