USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin 1 bareli 76 dolları ötüb

28.07.2018 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 76,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur.

Kommersant.az-ın məlumatına görə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 75,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 71,77 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 26-da 74,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.